Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Kitabxananın oxu zalında “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” adlı maarifləndirici tədbir keçirilib.

24 iyun 2026 | 09:30

24 iyun 2026-cı il tarixdə keçirilən tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu, Ağdaş rayon Polis şöbəsinin Kiber Cinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili və mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər narkomaniyanın ağır fəsadlarından, onun insan sağlamlığına və sosial həyata mənfi təsirlərindən bəhs edərək, bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi narkomaniyaya qarşı mübarizədə mühüm rol oynayır.

Tədbir çərçivəsində mövzuya dair kitab sərgisi təşkil olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Sonda narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın məsuliyyət daşıdığı vurğulanaraq, bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

Tədbirin keçirilməsində məqsəd narkomaniyanın cəmiyyətə, xüsusilə də gənc nəslin sağlamlığına və gələcəyinə vurduğu zərər barədə iştirakçıların məlumatlandırılması, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi olub.

Keçidlər