Mənəvi Dəyərlərin Təbliği Fondu Ağdaşda növbəti tədbir keçirib.
17 iyul 2023-cü il tarixdə Mənəvi Dəyərlərin Təbliği Fondu Ağdaş şəhər “Birinci market” kafesinin böyük zalında “Ziyalı nəsihəti” layihəsi çərçivəsində tədbir keçirib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər və din xadimləri iştirak edib. Tədbiri giriş sözü ilə Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev açıb. Tədbirin əsas təşkilatçısı Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Ceyhun Əliyev Fondun Ağdaşda həyata keçirdiyi humanitar layihələrdən söz açaraq qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunmasının vacib əhəmiyyətinə toxunaraq gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini qeyd etmişdir. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir çıxış edərək müstəqillik dövründə milli-mənəvi dəyərlərin inkişafına diqqətin artırılmasının vacibliyini vurğulamış, gənclərin ədəbiyyatımız və mədəniyyətimizə daha dərindən yiyələnməyinin əhəmiyyətini diqqətə çatdırmışdır. Tədbir müzakirələrlə yekunlaşmışdır.