Mədəniyyət naziri Ağdaşda vətəndaşları qəbul edib.
23 sentyabr 2022-ci il tarixdə mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Mədəniyyət naziri Anar Kərimov tərəfindən Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarından olan vətəndaşların qəbulu keçirilib. Nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb. Heydər Əliyev Mərkəzində keçirilən vətəndaş qəbulu başa çatdıqdan sonra nazir rayon mərkəzində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşüb, yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinə baxış keçirib.