Kotavan və Ağzıbir kəndlərində şəhidlərin ailələri ziyarət olunub.
29 sentyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Kotavan və Ağzıbir kəndlərində şəhid Məmmədov Kənan Hüseyn oğlu və şəhid İbrahimxəlilov Söyxan Eldəniz oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə bağlı ailələri ziyarət olunub. İl mərasimlərində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Milli Məclisin deputatı Cavid Osmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov,Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidlərin məzarına baş çəkilib, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad olsun!