Könüllülük fəaliyyətini başa vuran gənclərə şəhadətnamələr təqdim edilib
Ağdaş Rayon İcra Hakimiyyətinin müvafiq şöbələrində könüllülük fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə gənclərin göstərdikləri könüllülük fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyət dövründə qazandıqları təcrübənin onların gələcək karyeraları üçün önəmini qeyd edib. Rayon rəhhbəri gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər çıxış edərək iki ay ərzində Ağdaş Rayon İcra Hakimiyyətinin müvafiq şöbələrində zəruri iş təcrübəsi və səriştə qazandıqlarını qeyd ediblər. Onlar ölkəmizdə könüllülər üçün yaradılan şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Könüllülük fəaliyyətini başa vuran gənclərə şəhadətnamələr təqdim edilib.