Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük fəaliyyəti başa çatan gənclərlə görüş keçirildi.

15 mart 2023 | 16:42

15 mart 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə könüllülük fəaliyyəti başa çatmış gənclərə qazandıqları təcrübəni gələcəkdə uğurla tətbiq etmələrini arzulayıb. Könüllülük fəaliyyəti başa çatan gənclər çıxışlarında qısa müddət ərzində bu fəaliyyət növü üzrə təcrübəyə yiyələndiklərini diqqətə çatdıraraq, karyera qazanmaları yolunda bu fəaliyyətlərin mühüm əhəmiyyətini qeyd ediblər. Gənclər onlar üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Tədbirin sonunda fəaliyyətlərinin sona çatması ilə əlaqədar 8 nəfər könüllüyə şəhadətnamə təqdim edilib.

 

 

 

Keçidlər