"Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər keçirilib
10 may 2025 | 11:20
Ağdaş rayonu ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş müxtəlif xarakterli tədbirlər, konfranslar, fləşmob və bilik yarışları keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz tarixi xidmətlərindən bəhs olunub.