İşçi qrupları ilə növbəti görüşlər keçirilib.
19 fevral 2025 | 19:04
Fevralın 19-da Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində telekommunikasiya, nəqliyyat və yol infrastrukturu ilə bağlı yaradılmış işçi qrupları ilə görüşlər keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən rayon ərazisində telekommunikasiya, nəqliyyat və yol infrastrukturu ilə bağlı mövcud problemlərin aradan qaldırılması, o cümlədən sakinlərin təhlükəsiz hərəkət, dayanıqlı nəqliyyat və yol infrastrukturu, telekommunikasiya təchizatı ilə bağlı daxil olmuş müraciətlərinin araşdırılması, diaqnostikası, təhlili və həlli sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon İcra Hakimiyyətində keçirilən görüşlər zamanı müzakirə olunan sahələrlə bağlı daxil olmuş müraciətlərin vaxtında, operativ həlli məqsədilə tədbirlər planının hazırlanması və icrasına nəzarətin artırılması tapşırılıb.