Şriftin ölçüsü :

Saytın rəngi :

İşçi qrupları ilə növbəti görüşlər davam etdirilir

06 mart 2025 | 17:16
Martın 6-da Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində əhaliyə sosial xidmət və sosial dəstəyin göstərilməsi, eyni zamanda sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin təmin edilməsi, onların fərdi reabilitasiya proqramı ilə əhatə olunmasına yönələn tədbirlərlə bağlı işçi qrupları ilə görüşlər keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən qeyd olunan sahələrdə mövcud problemlərin aradan qaldırılması, o cümlədən sakinlərin bu sahələrlə bağlı daxil olmuş müraciətlərinin araşdırılması, diaqnostikası, təhlili və həlli istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Həmçinin müzakirə olunan sahələrlə bağlı daxil olmuş müraciətlərin vaxtında, operativ həlli məqsədilə tədbirlər planının hazırlanması və icrasına nəzarətin artırılması tapşırılıb.
Keçidlər