İşçi qrupları ilə görüşlər davam etdirilir.
21 fevral 2025 | 18:23
Fevralın 21-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət və turizm sahələri ilə bağlı yaradılmış işçi qrupları ilə görüşlər keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət sahələrində mövcud problemlərin aradan qaldırılması, turizmin inkişafı, o cümlədən sakinlərin qeyd olunan sahələrlə bağlı daxil olmuş müraciətlərinin araşdırılması, diaqnostikası, təhlili və həlli istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon İcra Hakimiyyətində keçirilən görüşlər zamanı müzakirə olunan sahələrlə bağlı daxil olmuş müraciətlərin vaxtında, operativ həlli məqsədilə tədbirlər planının hazırlanması və icrasına nəzarətin artırılması tapşırılıb.