Şriftin ölçüsü :

Saytın rəngi :

“Himayədar ailə institutunun hədəfləri” mövzusunda tədbir keçirilib

05 avqust 2026 | 16:45

Ağdaş rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Himayədar ailə institutunun hədəfləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Himayədar ailə institutunun inkişaf hədəflərindən söhbət açılıb, “Himayədar ailə” qayğı modelinin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi dövlətimizin prioritet sahələrindən biridir. Qeyd edilib ki, məqsəd valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaqdır.

Sonda uşaqların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb.

Keçidlər