Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

01 avqust 2022 | 17:11

Ümummilli lider Heydər Əliyevin 2001-ci ilin 9 avqust tarixində imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda  Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

          1 avqust 2022-ci il tarixdə bu əlamətdar gün münasibətilə  Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki,   latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,  ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

          Ulu öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtə¬rəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına böyük əmək sərf etmişdir.

          Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə daim böyük həssaslıqla yanaşır.

 İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
          Qeyd olunmuşdur ki,  Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir.

Bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.
 Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Keçidlər