Helikopter qəzasında şəhidlik zirvəsinə ucalan mayor Emil Mayılovun ildönümü qeyd olunub.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il ötür. Qəza nəticəsində həlak olan hərbi qulluqçuların sırasında həmyerlimiz şəhid mayor Mayılov Emil Şahid oğlu da olmuşdur. 05 dekabr 2022-ci il tarixdə Ağdaş şəhərində doğulub boya-başa çatmış şəhid Emil Şahid oğlu Mayılovun ildönümü mərasimi keçirilib. Hüzr mərasimində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Milli Məclisin deputatı Cavid Osmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin vaxtilə xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları iştirak edib. Şəhidin ildönümü ilə bağlı təşkil edilən ehsan süfrəsi ətrafında ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!