Eymur kəndində şəhid ailəsi ziyarət edilib.
04 dekabr 2024 | 17:41
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə 4 dekabr 2024-cü il tarixində Eymur kəndində Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş Qasım Məmmədovun ailəsini ziyarət edib.
Görüşdə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ailənin qayğı və problemləri dinlənilib, qəhrəman oğullarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb.
Şəhidin ailə üzvləri göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.