Ərəbocağı kəndində şəhidimiz Sərdar Həmidovun ailəsi ziyarət olunub
20 may 2025 | 17:30
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Sərdar Fevral oğlunun ailəsini ziyarət edib.
Görüş zamanı şəhidimizin şərəfli döyüş yolundan söhbət açılıb, əziz xatirəsi ehtiramla yad edilib, ailənin qayğıları öyrənilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinin, qazilərin diqqət və qayğı ilə əhatə olunmasıdır.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!