Şriftin ölçüsü :

Saytın rəngi :

Elm və Təhsil nazirinin müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edib

31 iyul 2026 | 18:01

İyulun 31-də Elm və Təhsil nazirinin müavini Həsən Həsənli Ağdaş rayonunda vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Elm və Təhsil nazirinin müavini Həsən Həsənli və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Qəbul zamanı vətəndaşların təhsil sahəsi ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Daha sonra Həsən Həsənli və Orxan Hüseynzadə M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyada aparılan təmir işlərinə baxış keçiriblər.

Keçidlər