Dəhnəxəlil kənd tam orta ümumtəhsil məktəbində təmir işləri aparılır
Ağdaş rayonunda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, binaların cari və əsaslı təmiri istiqamətində genişmiqyaslı işlər aparılır.
Bu işlər çərçivəsində rayonun Dəhnəxəlil kənd tam orta ümumtəhsil məktəbində də cari təmir işləri sürətlə davam etdirilir.
Məktəbin dam örtüyü tamamilə sökülərək yenisi ilə əvəz olunur, taxta konstruksiya elementləri möhkəmləndirilir, digər tədbirlər həyata keçirilir.
Məqsəd yeni dərs ilində məktəbin daha müasir, rahat və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin etməkdir.
Bu tədbirlər rayonun ümumi təhsil müəssisələrinin inkişafına, təhsil keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin rahat təhsil almasına xidmət edir.







