Cücük kəndində səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələ öz həllini tapıb
11 sentyabr 2026 | 11:31
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Cücük kəndində keçirilən səyyar qəbulu zamanı kənd sakinləri kənddaxili yolun yararsız vəziyyətdə olması ilə bağlı müraciət edərək, mövcud vəziyyətin sakinlərin gündəlik gediş-gəlişində çətinliklər yaratdığını bildiriblər.
Sakinlərin müraciəti aidiyyəti üzrə araşdırılaraq, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Görülən işlər çərçivəsində kənddaxili yola çınqıl materialı tökülərək yolun səthi hamarlanıb, hərəkət üçün əlverişli vəziyyətə gətirilib.
Cücük kənd sakinləri müraciətlərinə operativ şəkildə baxılmasına və problemin aradan qaldırılması istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.







