Bulaqotağı kəndində sakinlərin müraciətlərinə yerində baxılıb
18 avqust 2026 | 16:32
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullar zamanı vətəndaş müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülür.
Avqustun 18-də rayonun Bulaqotağı kəndində keçirilən səyyar qəbuldan sonra rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə vətəndaşların yolun asfaltlanması və körpünün çəkilməsi ilə bağlı qaldırdıqları məsələlər üzrə ərazilərə baxış keçirərək mövcud vəziyyətlə tanış olub. Problemlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Kənd sakinləri göstərilən diqqətə və məsələlərə operativ yanaşmaya görə minnətdarlıqlarını bildiriblər.







