Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı işlər planauyğun şəkildə davam etdirilir.
14 iyul 2026 | 15:43
Hazırda asfalt örtüyünün döşənməsi işləri Davudlu kəndi ərazisində aparılır. Layihənin əsas məqsədi kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, nəqliyyat infrastrukturunu müasirləşdirmək və əhalinin gündəlik gediş-gəlişini daha da asanlaşdırmaqdır.
Həyata keçirilən abadlıq və quruculuq işləri kəndin sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına, nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsinə və təhlükəsiz hərəkətin təmin olunmasına xidmət edir.







