Aşağı Zeynəddin kəndinin sakinlərinin müraciətləri dinlənilib
25 may 2026 | 16:12
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Aşağı Zeynəddin kəndində səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda kənd sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunub.
Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.







