Aqrar subsidiya müraciətlərinin sistemə daxil edilməsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı iclas keçirilmişdir
13 mart 2026-cı il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin iştirakı ilə iclas keçirilmişdir.
İclas zamanı yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazilərində fəaliyyət göstərən fermerlərin aqrar subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində iştirakı və bu sahədə maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə olunmuşdur. Nümayəndələrə fermerlərin müraciətlərinin sistemə düzgün və vaxtında daxil edilməsi, eləcə də subsidiya mexanizmi ilə bağlı əhali arasında izahat işlərinin aparılması qaydaları barədə ətraflı məlumat verilmişdir.
Sonda nümayəndəliklərə ərazilərində fəaliyyət göstərən fermerlərə zəruri dəstəyin göstərilməsi, onların subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi və maarifləndirmə tədbirlərinin davamlı əsasda həyata keçirilməsi tapşırılmışdır.







