Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Ömər Cəbrayılovun xatirəsi yad edilib

04 aprel 2025 | 17:42

Aprelin 4-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və Milli Məclisin deputatı Sahib Alıyev Aprel döyüşlərində qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan, rayonun Şəkili kəndindən olan Cəbrayılov Ömər Məzahir oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidin xatirəsi ehtiramla anılıb, onun xatirəsinin həmişə qəlbimizdə yaşayacağı vurğulanıb. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs edilib. Aprel döyüşlərinin bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərməklə, böyük Zəfərin başlanğıcı olduğu vurğulanıb.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər