Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşın Abad kəndində sakinlərin səyyar qəbulu keçirilib

20 noyabr 2024 | 16:22

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Abad kəndində sakinlərin səyyar qəbulunu keçirib.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunub. Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər