Ağdaşda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü ilə əlaqədar Ağdaş rayonunda Partiyanın fəallarının iştirakı ilə tədbir keçirilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və digər iştirakçılar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
1992-ci ilin noyabr ayında Ulu Öndərimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin, xalqımızın tarixinə əlamətdar tarixi hadisə kimi yazılıb. Ötən dövrdə böyük və şərəfli inkişaf yolu keçən Partiya müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin qurulması proseslərində misilsiz xidmətlər göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün yalnız ölkəmizin deyil, ümumi regionun aparıcı siyasi qüvvəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə sürətli tərəqqi tempinə malik olan, möhtəşəm tarixi Zəfər zirvəsinə yüksələn Azərbaycanın daim yeni-yeni uğurlara, qələbələrə nail olması istiqamətində Yeni Azərbaycan Partiyası daim inamla addımlayır.
Tədbirin yekununda Heydər parkında ağacəkmə kampaniyası keçirilib.