Ağdaşda Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü qeyd olunub.
21 noyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümü ilə əlaqədar partiya fəallarının iştirakı ilə tədbir keçirilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və digər iştirakçılar əvvəlcə Ulu Öndərin xatirəsini ehtiramla yad edərək abidəsinin önünə tər güllər düzüblər. Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Hazırda Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Tədbirin yekununda ağacəkmə kampaniyası keçirilib.