Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.

25 fevral 2023 | 12:56

25 fevral 2023-cü il tarixdə Heydər  Əliyev Mərkəzində  Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyəti nümayəndələri, qazilər və  rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova tərəfindən məruzə təqdim edilib. Məruzə və çıxışlarda Xocalı soyqırımının insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 31 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.Qeyd edilib ki, hadisənin baş verməsini o zamankı respublika rəhbərliyi xalqdan gizlətməyə çalışırdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilmiş, hər il fevralın 26-da Xocalı qətliamının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Qeyd etmək lazımdır ki, hazırda rayonda Xocalıdan olan 16 ailə məskunlaşmışdır. Ənənəyə uyğun olaraq həmin ailələrin hər birinə müvafiq məbləğdə maddi yardımların göstərilməsi təmin edilir.

Keçidlər