Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Uşaq İncəsənət Festivalının birinci seçim turunun başlanılması ilə əlaqədar tədbir keçirilib

23 aprel 2025 | 18:13

Aprelin 23-də Ağdaş rayonunda, Heydər Əliyev Mərkəzinin qarşısında Uşaq İncəsənət Festivalının birinci seçim turunun başlanılması ilə əlaqədar tədbir keçirilib.

Açıq havada baş tutan tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.

Festivalın keçirilməsinin əsas məqsədi uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, yeni istedadların üzə çıxarılması, incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Uşaq İncəsənət Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Keçidlər