Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib.

18 noyabr 2024 | 17:27

Qeyd etmək lazımdır ki, Azərbaycan  Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin  (Ombudsman) təşəbbüsü ilə hər il ənənəvi olaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə “Uşaq hüquqları aylığı”  keçirilir.

Cari ilin müvafiq dövründə rayonun təhsil və mədəniyyət müəssisələrində uşaq hüquqlarının təbliği ilə bağlı bir sıra tədbirlər təşkil edilmişdir.

Tədbirlərdə çıxış edənlər BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqlarının, o cümlədən uşaqların sağlamlıq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Keçirilən tədbirlərdə aylığın mahiyyətini özündə əks etdirən bir-birindən maraqlı, rəngarəng səhnəciklər, şeirlər, rəsm sərgiləri, musiqilər təqdim edilib, plakatlar nümayiş etdirilib.

Keçidlər