Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol turniri başa çatıb

07 may 2026 | 18:27

7 may 2026-cı il tarixində Ağdaş rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol idman növü üzrə kişilər arasında “Bələdiyyə Kuboku” uğrunda rayon turnirinin bağlanış mərasimi keçirilib.

Ağdaş Olimpiya İdman Kompleksində təşkil olunan mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Regionlarla İş sektorunun müdiri Elvin Zeynallı, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, idmançılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, 27 aprel – 7 may 2026-cı il tarixlərini əhatə edən turnirdə 15 komanda “Bələdiyyə Kuboku” uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə əsasən Eymur bələdiyyəsinin komandası I, Pirəzə bələdiyyəsinin komandası II, Ağdaş bələdiyyəsinin 1 nömrəli komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalara diplom, medal və kuboklar təqdim olunub.

Keçidlər