Ağdaşda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
12 aprel 2026 | 10:08
12 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirilib.
İmtahan rayon üzrə S.Vurğun adına şəhər 1 nömrəli, Nizami adına şəhər 2 nömrəli, Ləki qəsəbə 6 nömrəli və Orta Ləki kənd tam orta məktəbləri, M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya, Ağdaş Peşə məktəbi və Ağdaş Dövlət Humanitar Kollecində təşkil olunub.
Buraxılış imtahanında rayon üzrə ümumilikdə 1616 nəfər şagirdin iştirakı təmin olunub.
İmtahanın mövcud qaydalara uyğun, təhlükəsiz və nizam-intizamlı şəraitdə keçirilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib.







