Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı tədbirlər davam edir.

13 iyul 2023 | 09:59

13 iyul 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda M.Şeyxzadə adına texniki, təbiət və humanitar təmayüllü gimnaziyada dəyirmi masa keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Mərkəzi Aran Regional Təhsil  İdarəsinin Ağdaş rayonu üzrə təhsil sektorunun şəbəkəsinə daxil olan təhsil müəssisələrinin nümayəndələri, gimnaziyanın pedaqoji kollektivi iştirak edib. Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü  və suverenliyi uğrunda  şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla  yad edilib. Ulu öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbirdə  çıxış edənlər  bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə hər cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etmyə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Vurğulanıb ki, Ulu öndərin Azərbaycan təhsilinin inkişaf yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə onun təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək  ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait  yaratmasıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir. Tədbirdə Ulu Öndərin təhsilə diqqət və qayğısı barəsində  danışan natiqlər bu ənənənin bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla  davam etdiyini qeyd etmiş, təkcə  rayonda son 20 il ərzində 40-dan artıq  təhsil müəssisəsinin infrastrukturunun yeniləndiyini bildirmişlər.

Keçidlər