Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Ulu Öndər və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

06 dekabr 2023 | 16:21

6 dekabr 2023-cü il tarixində rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları idarəsinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev İli çərçivəsində “Ulu Öndər və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, yerli icra strukturlarının rəhbərləri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. Dövlət Himni səsləndirilib.  Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə, Quran ayələri oxunub. Tədbirdə “Ulu Öndər və milli-mənəvi dəyərlər” mövzusuna həsr olunan videoçarx nümayiş etdirilib.  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə və Qafqaz Müsəlmanları idarəsinin bölgə qazisi Əli Məmmədov məruzə ilə çıxış edib. Məruzə və çıxışlarda qeyd olunub ki, milli şüurun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Milli-mənəvi dəyərləri şərtləndirən dil, din və adət-ənənələr onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin 34 illik  dönəmi ərzində sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdur. Qeyd olunmalıdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Azərbaycan ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməllər üzərində qurur. Vurğulanmışdır ki, Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın Birinci vitse-­prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Məhz onun titanik fəaliyyəti nəticəsində Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxil edilib.  Mehriban xanımın gördüyü genişmiqyaslı işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik, azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.

Keçidlər