Ağdaşda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.
Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq dekabr ayının əvvəlindən başlayaraq rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 12 dekabr 2022-ci il tarixdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivlərinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Gün ərzində ulu öndərin abidəsinin ziyarəti davam etmiş, rayon sakinləri və əmək kollektivlərinin üzvləri ümummilli liderin xatirəsinə öz ehtiramlarını nümayiş etdirmişlər.
Allah rəhmət eləsin!