Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü qeyd olundu.

14 iyul 2022 | 12:26

Bu gün dünya  siyasətinin ən parlaq simalarından biri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın ümummilli lideri, dahi azərbaycanlı Heydər Əlirza oğlu Əliyevin  Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü ili  tamam olur.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixində keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

14 iyul 2022-ci il tarixdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü münasibətilə rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları ulu öndərin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

 

Keçidlər