Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

09 may 2026 | 13:08

Ağdaş rayonunda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.

Rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyinin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs olunan dəyirmi masalar, bilik və yaradıcılıq müsabiqələri, mövzuya həsr olunmuş sərgilər, idman yarışları, intellektual oyunlar keçirilib, məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub.

Tədbirlərdə Ümummilli Liderin ölkəmizin tərəqqisi və dövlət quruculuğu sahəsində həyata keçirdiyi tarixi fəaliyyət xüsusi vurğulanıb, onun siyasi irsinin gənc nəslə aşılanmasının önəmi qeyd olunub, məktəblilər və gənclər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Keçidlər