Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

08 may 2026 | 22:04

Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı keçirilib.

Ulu Öndərin adını daşıyan parkda təşkil olunan konsertdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Konsert Dövlət Himninin əzəmətli sədaları ilə açıq elan olunub. Daha sonra müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin əməkdaşlarının ifasında vətənpərvərlik ruhunda kompozisiyalar təqdim olunub.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

 

Keçidlər