Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası təşkil olunub
Mayın 6-da Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Fəsli Nəbiyev, YAP rayon təşkilatının sədri Əlişah Rəcəbov, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində sözügedən ərazidə 500 ədəd şam ağacı əkilmiş, zəruri aqrotexniki qulluq göstərilmişdir.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu cür tədbirlər ekoloji tarazlığın qorunmasına və ətraf mühitin mühafizəsinə töhfə verir.







