Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol yarışı başa çatıb

08 may 2025 | 18:45

Ağdaşda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol üzrə “Bələdiyyə kuboku” yarışı başa çatıb.

Ağdaş Olimpiya İdman Kompleksində yarışın final mərhələsi keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qalib komandaları təbrik edərək, onlara kubok, medal, fəxri fərmanlar təqdim edib.

Gərgin və maraqlı keçən yarışın sonunda birinci yerin qalibi Ağdaş bələdiyyəsinin komandası olub.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq Eymur və Pirəzə bələdiyyələrinin komandaları bölüşüb.

Qalibləri təbrik edirik!

Keçidlər