Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert təşkil olunub
Mayın 10-da Ağdaş rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan konsert proqramında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə bir-birindən maraqlı ifalar təqdim edilib.
Proqram boyu Ulu Öndərin Azərbaycanda bütün sahələrə, o cümlədən mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
Konsert sakinlərdə xoş təəssürat yaratmaqla, böyük coşqu ilə qarşılanıb.
Tədbir atəşfəşanlıqla yekunlaşıb.