Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Mayın 8-də Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Səssiz xatirələr” adlı bədii-poetik kompozisiya təşkil olunub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, ictimaiyyətin nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.
Sonra xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim edilib.