Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 | 11:06
10 may 2025-ci il tarixində Ağdaş rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP Ağdaş rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, əmək kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.