Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ticarət obyektlərində konservləşdirilmiş qida məhsullarının saxlanılması, əhali arasında sağlam və rasional qidalanma mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

04 dekabr 2024 | 12:06

Dekabırın 4-də Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında qida məhsullarının təşviqat və maarifləndirmə işlərinin aparılması) və 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) icrasını təmin etmək məqsədi ilə Ağdaş rayonu ərazisində yerləşən ticarət obyektlərində maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin məqsədi ticarət obyektlərində qida məhsullarının saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, eyni zamanda sağlam və rasional qidalanma ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsidir.

Tədbir zamanı əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklər haqqında maarifləndirici tövsiyələr verilib və bukletlər paylanılıb.

            Ağdaş rayonunda əhalinin sağlamlığının qorunması istiqamətində bu cür monitorinqlər davam etdiriləcəkdir.                                               

Keçidlər