Ağdaşda “Təmiz ölkəm” aksiyası keçirilib.
8 iyun 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağdaş Rayon İcra Hakimiyyəti və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin təşkilatçılığı, o cümlədən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Türyançay Dövlət Təbiət qoruğu, 18 saylı Yol İstimarı idarəsi, Suvarma Sistemləri idarəsi, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyə əməkdaşları və könüllülərin iştirakı ilə Qolqəti, Dəhnəxəlil və Ağcayazı kəndləri ərazisindən keçən Şirvan suvarma kanalının mühafizə zolağında “Təmiz ölkəm” aksiyası keçirilib. Tədbir iştirakçıları tərəfindən 2500 kq pərakəndə səpələnmiş tullantılar, xüsusilə də, plastik, şüşə qablar və polietilen torbalar çeşidlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınıb. Həmçinin iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılıb.