Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda suvarma suyuna olan tələbatın davamlı ödənilməsi sahəsində görülən işlər müzakirə olunub

14 may 2025 | 18:12

Ağdaş Rayon İcra Hakimiyyətində rayonda suvarma suyuna olan tələbatın davamlı şəkildə ödənilməsi sahəsində görülən işlərə dair görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə əkin sahələrinin suvarma suyu ilə davamlı təminatının, bu sahənin daim diqqətdə saxlanmasının vacibliyini qeyd edib. Görüşdə su təminatının yaxşılaşdırılması, su təsərrüfatının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, cari vəziyyət təhlil edilib.

Rayonda fəaliyyət göstərən bələdiyyələrə və Sudan İstifadəedənlər Birliklərinə (SİB)  suvarma ilə bağlı monitorinqlərin gücləndirilməsi və əkin sahələrində fasiləsiz su təminatının təmin olunması istiqamətində müvafiq tövsiyyələr və göstərişlər verilib.

Keçidlər