Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda suvarma arxlarının qazılaraq təmizlənməsi işləri davam etdirilir

19 avqust 2025 | 09:56

Ağdaş rayonunda kənd təsərrüfatının inkişafına, suvarma sistemlərinin səmərəli şəkildə istismarına və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına dəstək məqsədilə Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən bu il də məqsədyönlü işlər aparılıb.

Cari ilin ötən dövründə İdarə ümumilikdə 380 km uzunluğunda suvarma arxlarının lil və digər çöküntülərdən təmizlənməsini təmin edib. Bu tədbir suyun fasiləsiz və itkisiz şəkildə kənd təsərrüfatı sahələrinə çatdırılmasına imkan verib.

Bundan əlavə, 26 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi də lil və çöküntülərdən təmizlənib. Bu, torpaqlarda qrunt sularının səviyyəsinin tənzimlənməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Görülən bu tədbirlər rayonda kənd təsərrüfatı sahəsində məhsuldarlığının artırılmasına, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına və ümumilikdə ekoloji balansın qorunmasına xidmət edir.

Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisində suvarma və meliorasiya sistemlərinin mütəmadi təmir və təmizlənməsi işləri davam etdirilir.

Keçidlər