Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Sülh aylığ“ çərçivəsində tədbir keçirildi.

24 avqust 2022 | 14:52

24 avqust 2022-ci tarixində rayon Gənclər və İdman idarəsinin konfrans zalında  Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi, gənclər  və idarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığ: dini radikalizm və ekstremizminin təhlükələri” mövzusuna həsr olunan tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idman idarəsi, gənclərin  inkişaf və karyera mərkəzinin əməkdaşları, icma sədrləri və fəal gənclər iştirak ediblər. Vurğulanıb ki, islam sülh dini olmaqla yanaşı, həmçinin əmin-amanlıq  mənasını daşıyır. İslam tolerantlığına söykənən  dəyərləri özündə ehtiva edən Azərbaycan dövləti bütün dünyada  sülh carçısı kimi tanınır. Tədbirdə  qarşılıqlı  müzakirələr aparılmış, iştirakçıları maraqlandıran mövzular ətrafında  fikir mübadiləsi həyata keçirilmişdir.

Keçidlər