Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olunub

05 iyun 2026 | 16:40

5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Ağdaş rayonunda tədbir keçirilmişdir.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının rəhbər və əməkdaşları, həmçinin rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, dövlət tərəfindən bu sahənin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edərək, ölkənin su ehtiyatlarının səmərəli idarə olunması, meliorasiya və irriqasiya sistemlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, su təsərrüfatı və meliorasiya işçilərinin fədakar əməyi kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində və əhalinin su təminatının yaxşılaşdırılmasında mühüm rol oynayır.

Sonda bu sahədə çalışan əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzu edilmiş, onlara məsul və şərəfli xidmətlərinə görə təşəkkür bildirilmişdir.

Keçidlər