Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda su ehtiyatlarının qorunmasına həsr olunan tədbir keçirildi.

12 avqust 2022 | 11:34

“Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində 11 avqust 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində görüş keçirildi. Görüşdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və 8 saylı regional idarəsinin əməkdaşları, Kənd Təsərrüfatı, Fövqəladə Hallar Nazirliklərinin, Meliorasiya və Su Təssərrüfatı ASC və Azərsu ASC-nin əməkdaşları, İcra Hakimiyyətinin nümayəndələri, aidiyyəti təşkilatların təmsilçiləri və fermerlər iştirak edirdi. Görüş zamanı tədbir iştirakçıları “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrasının səmərəli və operativ təmin edilməsi istiqamətində görülən işləri müzakirə etmiş, mövcud su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsü, nəzarətdənkənar qoşulmaların qarşısının alınması, uçotunun aparılmasının vacibliyi və suya qənaət istiqamətində yerli qurumlara və fermerlərə müvafiq tövsiyələr verilmişdir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.   

Keçidlər