Ağdaşda su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirilib.
6 iyun 2024-cü il tarixində rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, rayonun aidiyyəti idarə, təşkilat rəhbərləri, həmçinin yerli icra nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Qarşılıqlı müzakirələr şəraitində keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun məsləhətçisi Mikayıl Cabbarov yay mövsümü ərzində su ehtiyatlarından səmərəli istifadəyə dair görülməsi nəzərdə tutulan işlərdən söhbət açıb, tədbir boyunca iştirakçıları maraqlandıran sualları cavablandırıb.